İtaliya nəhəngi sabah yeni transferi açıqlayacaq
"Milan" sabah yeni transferini rəsmiləşdirəcək.
Sportline.az xəbər verir ki, söhbət amerikalı futbolçu Kristian Pulişiçdən gedir.
"Milan"ın bu keçidə görə "Çelsi"yə 20 milyon avro ödədiyi bildirilir.
Qeyd edək ki, Pulişiç ötən mövsüm İngiltərə Premyer Liqasında keçirdiyi 24 oyunda 1 qolla yadda qalıb.