İtaliyada ilin əcnəbi idmançısı seçildi
“Napoli”nin hücumçusu Viktor Osimhen İtaliyada ilin ən yaxşı əcnəbi idmançısı elan edilib.
Sportline.az xəbər verir ki, nigeriyalı futbolçu 2022-ci ildəki oyununa görə bu ada layiq görülüb.
Futbolçunun mükafatlandırılma mərasiminə “Napoli”nin prezidenti Aurelio De Laurentis də qatılıb.
Qeyd edək ki, Osimhen bu mövsüm A seriyasında 22 oyunda 19 qol vurub və çempionatın ən yaxşı bombardiriridir.