İtaliyalı futbolçu karyerasını "Ayaks"da davam etdirəcək

"Ayaks" klubunun mətbuat xidməti "Yuventus"un müdafiəçisi Daniele Ruganinin icarə əsasında heyətə cəlb olunduğunu açıqlayıb.

Sportline.az xəbər verir ki, 30 yaşlı futbolçu ilə 1 illik müqavilə nəzərdə tutulub.

Ötən mövsüm "Qoca sinyora"nın heyətində 18 oyun keçirən Rugani aktivinə 3 qol yazdırıb.

Qeyd edək ki, italiyalı futbolçunun "Yuventus"la 2026-cı ilə qədər müqaviləsi var.