İvan Toni İngiltərəyə qayıdır
"Əl-Əhli"nin forvardı İvan Toni karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Vest Hem Yunayted" 29 yaşlı futbolçunu qışda heyətinə qatmağı planlaşdırır.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Qeyd edək ki, İvan Toni İngiltərədə daha əvvəl "Northempton", "Barsnli", "Şrusböry", "Nyukasl Yunayted", "Şkunhorpe", "Viqan", "Peterboro" və "Brentford" kimi klublarda çıxış edib.