Jeremi Menezin meydanda qulağı qopdu
Fransalı futbolçu Jeremi Menez bədbəxt hadisə ilə üzləşib. SportLine.az xəbər verir ki, yenicə "Milan"dan "Bordo"ya transfer edilən ulduz futbolçu "Loryen"lə debüt matçında ağır zədə alıb.
60-cı dəqiqədə meydana daxil olan futbolçu rəqib oyunçu ilə toqquşub. Nəticədə, qulağının bir hissəsi qopub. Dərhal xəstəxanaya çatdırılan Menezin qulağı əməliyyat edilib.