Jesusdan "Fənərbağça"ya təhqiramiz açıqlama

"Fənərbağça"nın baş məşqçisi Jorje Jesusun oğlu Qonsalo klubu nankor adlandırıb.  
Sportline.az Gaol.com-a istinadla xəbər verir ki, portuqaliyalı çalışdırıcının oğlu Qonsalo Jesus sosal media hesabından “Fənərbağça” komandasını nankor elən edib. O atasına başqa klublardan təkliflər gəldiyini, eyni zamanda komandanın prezidenti Ali Koç ilə atası arasında problemlər olduğunu bildirib. 
Ali Koç ilə münasibətlərinin yaxşı olmadığı deyilən Jorje Jesus isə, tamam fərqli fikirlər əsləndirib. O, "Kayserispor" matçından sonra - "Mən öz fikri və taktikaları olan bir baş məşqçiyəm. Bu komandaya gəlməyimə Ali Koç razı saldı. Məşqçiyə, futbolçulara nə qədər dəyər verdiklərini dedi. Ali Koçla çox yaxşı dostluğumuz var. Beşiktaş matçı bitərkən acı çəkdik. Mən də geyinib soyunma otağına oyundan sonra gedə bilmədim. Amma, yenə deyirəm biz Ali Koçla yaxşı dostuq və aramızda problem yoxdur” - deyib.