Jiru ən yaşlı futbolçu oldu

Fransa millisinin hücumçusu Olivye Jiru yeni rekorda imza atıb.

Sportline.az "Footmercato"ya istinadən xəbər verir ki, o, buna Avro-2024-ün seçmə mərhələsinin 2-ci turunda İrlandiya ilə görüşdə (1:0)  iştirak etməklə nail olub.  Jiru 36 yaş 178-ci günündə meydana çıxıb. Beləliklə, o, 2000-ci ildən Fransa millisində rəsmi matçda oynayan ən yaşlı futbolçu adına yiyələnib. Jiru bu göstəricidə Lilian Tyuramı (36 yaş 164 gün) geridə qoyub.

Xatırladaq ki, Olivye sözügedən qarşılaşmada start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, O. Jiru Fransa millisinin heyətində 121 oyuna çıxıb və 53 qol vurub. Hücumçu Fransa millisinin tarixində ən çox qol vuran futbolçudur.

Banner