Joao Feliksin yeni klubu bilinib
"Çelsi"nin portuqaliyalı futbolçusu Joao Feliks karyerasını İtaliyada davam etdirəcək.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Milan" J.Feliksi icarə əsasında transfer edib.
İtaliya klubu bu keçid üçün "Çelsi"yə 5 milyon avro ödəyəcək.
Qeyd edək ki, J.Feliksin hazır ki dəyəri 30 milyon avro olaraq qiymətləndirilir.
25 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 20 matçda 7 qol və 2 asistlə yadda qalıb.