Jorjinyo İtaliya klubları ilə danışıqlara başlayıb

Jorjinyo İtaliya klubları ilə danışıqlara başlayıb.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, təcrübəli futbolçunun meneceri "Yuventus" və "Fiorentina" klubları ilə danışıqlara başlayıb. 

Jorjinyo da "Arsenal" klubu ilə davam etmək istəmədiyini bildirib. 

Qeyd edək ki, Jorjinyo bu mövsüm çıxdığı 33 oyunda 1 qol, 2 asistlə yadda qalıb.