Joze Mourinyodan sərt açıqlama

“Fənərbağça”nın portuqaliyalı çalışdırıcısı Joze Mourinyo sərt açıqlamaları ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəsis “Trabzonspor” matçı haqqında bu fikiləri səsləndirib;

“Bu liqada həm rəqiblərimizə, həm də sistemə qarşı mübarizə aparırıq, bilsəydim, gəlməzdim. “Fənərbağça” rəhbərliyi mənə həqiqətin yarısını söyləyib. Gördüyüm reallıqlar daha pisdir. Bu faciədir. Ölkədə “Fənərbağça”ya qarşı nifrət var. Hakimin oyunu idarə etməsi bərbaddır. Atilla Karaoğlan birdə “Fənərbağça” matçı idarə edə bilməz. Bu bildiyin sirkə bənzəyir”, deyə J.Mourinyo bildirib.

Qeyd edək ki, “Fənərbağça” 23 xalla 2-ci pillədə yer alır.