Kadinin durumuna aydınlıq gətirildi

"Qarabağ"ın "Olimpiakos"la Bakıdakı oyunda (0:0) zədələnən futbolçusu Kadi Borgesin durumuna aydınlıq gətirilib.

Sportline.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçib və onun ayaq əzələsində problem aşkarlanıb. Lakin braziliyalının zədəsinin çox ciddi olmadığı müəyyənləşib. Kadi 7-10 gün müddətində yaşıl meydanlardan kənarda qalacaq.

Premyer Liqanın 10-cu turunda "Sumqayıt"la sabahkı matçı buraxacaq Kadinin Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Nant"la səfər görüşündə iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, "Nant" - "Qarabağ" görüşü oktyabrın 27-si Fransada olacaq.

Banner