Kadinin qolu Konfrans Liqasının ən yaxşısı seçildi
Konfrans Liqasında qrup mərhələsinin ən yaxşı qolu müəyyənləşib.
Sportline.az xəbər verir ki, bu barədə UEFA turnirin rəsmi sosial şəbəkə hesablarında paylaşım edib. Mərhələnin ən yaxşısı "Qarabağ"ın futbolçusu Kadi Borgesin 2-ci turda Kiprdə "Omoniya" ilə matçdakı dəqiq zərbəsi olub. Sözügedən qarşılaşmada dubl edən 25 yaşlı braziliyalı yarımmüdafiəçi 52-ci dəqiqədə uzaq məsafədən baxımlı qola imza atmışdı.
Qeyd edək ki, qalib azarkeşlər arasında səsvermədən sonra bəlli olub. Kadi Borgesin qolu 28 faiz səs toplayıb.