Qallaher "Atletiko"ya keçdi
"Çelsi"nin və İngiltərə millisinin yarımmüdafiəçisi Qallaher "Atletiko"ya transfer olunub.
Sportline.az Marca.com-a istinadla xəbər verir ki, Madrid klubu 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb.Transfer məbləği 42 milyon avro təşkil edib.
Qallaher "Çelsi"nin yetirməsi sayılır. Ödən mövsüm "zadəganlar"la 50 oyuna çıxan futbolçu 7 qol və 9 asistlik performans göstərib.
Qeyd edək ki, Qallaher İngiltərə millisi ilə AVRO 2024-də 5 oyun keçirib. Britaniyalılar finalda İspaniyaya məğlub olublar.