Kamavinqa "Mançester Siti"nin təklifini rədd edib

"Mançester Siti" "Real Madrid"in fransalı futbolçusu Eduardo Kamavinqa üçün rəsmi təklif göndərib.

Sportline.az jurnalist Mario Kortenqenanın məlumatına istinadən xəbər verir ki, Kamavinqa "Mançester Siti"nin təklifini qəbul etməyib.

22 yaşlı yarımmüdafiəçi "Real Madrid"dən ayrılmaq niyyətində deyil.

Qeyd edək ki, Kamavinqanın Madrid klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 27 matçda 1 qol və 2 asistlə yadda qalıb.