Kamavinqa "Real"dan ayrılır?

"Real Madrid"in fransalı futbolçusu Eduardo Kamavinqa mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti" Kamavinqanı transfer etmək niyyətindədir.

22 yaşlı futbolçunun "Real Madrid"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Kamavinqa 2021-ci ildən Madrid klubunun şərəfini qoruyur.