Kan "Mançester Siti"ni PSJ-dən üstün sayır

"Bavariya"nın sədri Oliver Kan Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti"yə qarşı keçirəcəkləri matçlar barədə danışıb.

Sportline.az xəbər verir ki, o, "şəhərlilər"ə qalib gəlmək istədiklərini deyib: 

“Çempionlar Liqasını qazanmalıyıq deyə bilmərik. Təbii ki, qalib gəlmək istəyirik, amma bu, planlaşdırılan bir şey deyil. İndi məncə. PSJ-dən də güclü olan rəqiblə qarşılaşacağıq. "Mançester Siti" PSJ-dən də güclü olduğunu "Liverpul" ilə oyunda göstərdi".

Qeyd edək ki, "Bavariya" və "Mançester Siti" arasında matçlar müvafiq olaraq aprelin 11 və 19-da keçiriləcək.

Banner