Kannavaro yalnız onu "Real" və "Mançester Siti"yə layiq görüb

İtaliyanın yaxın keçmişdə ən parlaq futbol ulduzlarından olan Fabio Kannavaro jurnalistlərin suallarını cavablandırıb.

Sportline.az xəbər verir ki, diqqət çəkən məqamlardan biri də İtaliyada oynayan futbolçulardan kimin "Real" və "Mançester Siti"də çıxış edə biləcəyi ilə bağlı olub.

Kannavaro bu şərəfə yalnız Lautaro Martinesi layiq görüb.

"Lautaronun səviyyəsinə şübhəniz olmasın. Ümid edirəm ki, "İnter" onu heç vaxt itirməyəcək. Hər dəfə düşünəndə ki, A Seriyasında çıxış edənlərdən kim "Real" və "Mançester Siti"də oynaya bilər, ağlıma yalnız onun adı gəlir", - deyə Kannavaro "La Gazzetta dello Sport"a müsahibəsində bildirib.

Qeyd edək ki, Lautaro Martines 2018-ci ildən "İnter"in şərəfini qoruyur.