Kapitanın sıraya dönəcəyi tarix bilindi

UEFA Millətlər Liqasının Norveç – Avstriya matçında zədələnən Martin Odeqaardın yaşıl meydanlara qayıdacağı vaxt bəlli olub.

Sportline.az "The Guardian" qəzetinədə istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi noyabr ayının ortalarında sıraya dönəcək.

Bu müddətin daha qısa olması ehtimalı da var.

Qeyd edək ki, Odeqaard “Arsenal”da keçirdiyi 156 matçda 35 qol və 25 asistlə yadda qalıb.