Karateçilərimiz daha bir sınaq qarşısında

1-2 iyun tarixlərində Gəncə şəhərində "Gəncə Kuboku" beynəlxalq turniri keçiriləcək.

 Sportline.az xəbər verir ki, Gəncə İdman Kompleksində yarışda bir sıra yaxın ölkələrdən müxtəlif yaşlı karateçilərin iştirakı gözlənilir. 

Azərbaycan Milli Karate Federasiyası, federasiyanın Gəncə Regional Şöbəsi və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkil etdiyi yarışda 6-12 yaşadək uşaqlar və 14-15 yaşlı yeniyetmələr kumite və kata çxışlarında mübarizə aparacaq. 

1 iyunda saat 14:00-da beynəlxalq turnirin təntənəli açılış mərasimi olacaq.