Karlsen növbəti dəfə dünya çempionu oldu
Şahmat üzrə dünya çempionu müəyyənləşib. SportLine.az xəbər verir ki, Fabiano Karuana ilə gərgin keçən partiyaların ardından Maqnus Karlsen titulunu qoruyub.
28 yaşlı qrossmeyster şahmat tacı uğrunda görüşdə ABŞ təmsilçisi Fabiano Karuananı tay-breykdə üstələməyi bacarıb. O, hər biri 25 dəqiqədən ibarət rapiddə ardıcıl 3 görüşdə və dörd partiyalıq mini-matçda qələbə qazanıb.
Bununla da, M.Karlsen 5 ildir ələ keçirdiyi "dünyanın ən güclüsü" adını özündə saxlayıb.