Karyerasını "Real"da bitirmək istəyir

"Real" futbolçusu Luka Modriçin müqaviləsini uzadacaq.

Sportline.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi yeni mövsümdə də "kral klubu"nda forma geyinəcək. Bu barədə "Marca" nəşri məlumat yayıb.

"Real" Modriçin sözləşməsini 2024-cü ilin yayına qədər uzadacaq. 37 yaşlı futbolçu karyerasını Madrid klubunda bitirmək istəyir.

Modriç 2012-ci ilin yayından "Real"da çıxış edir.

Banner