Kənan Məstəliyev: "Ermənistana sanksiya tətbiq olunması üçün addımlar atırıq"

"Ermənistana sanksiya tətbiq olunması üçün addımlar atırıq".

Bunu Sportline.az saytına açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat katibi Kənan Məstəliyev bildirib.

İrəvandakı Avropa çempionatında bayrağımızın yandırılmasına görə etiraz olaraq yarışı tərk edən komandamızın rəsmisi bildirib ki, Ermənistanda 2024-cü ildə keçirilməsi planlaşdırılan dünya çempionatının təxribatçı ölkədə təşkil olunmaması üçün federasiya əlindən gələni edir: "Biz məlumat yaymağı planlaşdırırıq bu barədə. Biz Beynəlxalq Federasiyaya növbəti məktubu yazıb, onlardan gələn il Ermənistanda keçirilməsi planlaşdırılan dünya çempionatına bu hüququn verilməməsini istəmişik. Hazırda bütün müstəvilərdə İrəvanda baş verən hadisə səbəbindən təşkilatçı dövlətə sanksiya tətbiq olunması üçün addımlar atırıq".

Banner