Kenan Yıdız: "Yuventus"da xoşbəxtəm"
"Yuventus"un türkiyəli futbolçusu Kenan Yıldız gələcək karyerası haqqında danışıb.
Sportline.az insayder Fabritsio Romanonun paylaşımına istinadən xəbər verir ki, Kenan Yıldız "Yuventus"da qalmaq istədiyini açıqlayıb.
"Yuventus"da xoşbəxtəm. Bu klub üçün çox şey etməyə hazıram. Burada uzun illər qalmaq istəyirəm. "Yuventus" forması ilə İtaliya A Seriyasını qazanmaq niyyətindəyəm. Bu üçün çox çalışıram", - deyə K.Yıldız bildirib.
Kenan Yıldızın hazır ki dəyəri "Transfermarkt" portalına görə 40 milyon avrodur.
Qeyd edək ki, 19 yaşlı futbolçunun "Yuventus"la müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.
Kenan cari mövsüm çıxış etdiyi 22 matçda 4 qol və 3 asistlə yadda qalıb.