Kenan Yıldız “Yuventus”un əfsanəsini qabaqladı

UEFA Çempionlar Liqasının "Liqa mərhələsi"nin 1-ci turunda “Yuventus” dogma meydada “PSV Eyndhoven”i qəbul edib.

Sportline.az “Squawka” nəşrinə istinadən xəbər verir ki, Kenan Yıldız “Yuventus” klubunun italiyalı əfsanəsi Alessandro Del Pyeronu geridə qoyaraq, Çempionlar Liqası tarixində qol vuran ən gənc “Yuventus” oyunçusu olub.

Del Pyero 20 yaş 308 günlüyündə fərqlənmişdisə, Kenan Yıldız 19 yaş 136 günlüyündə bu uğura nail olub. 

Qeyd edək ki, görüş “Yuventus”un 3-1 hesablı qələbəsi ilə başa çatıb.