"Kəpəz" Bakıda hazırlaşır
Topaz Premyer Liqanın 2-ci turunda “Zirə” ilə qarşılaşacaq “Kəpəz” dünəndən qarşıdakı matçın hazırlıqlarına start verib.
SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Zirə”ni Yevlaxda qəbul edəcək “sarı-göylər” məşqlərə Bakıda başlayıb.
Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında məşq keçir.
“Kəpəz” oyundan öncəki son məşqinə matçın keçiriləcəyi Yevlax şəhər stadionunda çıxacaq.