"Kəpəz" klubunun yeni sponsoru

Gəncə Beynəlxalq Xəstəxanası “Kəpəz” klubuna sponsorluq edəcək.

Sportline.az xəbər verir ki, bununla bağlı tərəflər arasında müqavilə bağlanıb. 

Mövsümün sonuna kimi nəzərdə tutulan anlaşmanı “Kəpəz”in icraçı direktoru İlqar Nadiri ilə Gəncə Beynəlxalq Xəstəxanasının baş direktoru İlkin İsmayılov imzalayıb.

Razılaşmaya əsasən, komandanın formalarında xəstəxananın adı əks olunacaq.