"Kəpəz" rəsmisi isti su probleminə aydınlıq gətirdi: "Bizim günahımız deyil"

Bir müddət əvvəl "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov klubun bazasında isti su gəlmədiyi üçün futbolçuların evlərində yuyunduqlarını bildirmişdi. Bu məsələsəyə münasibət öyrənmək üçün klubun mətbuat xidmətilə əlaqə saxladıq.

Sportline.az saytına açıqlama verən "Kəpəz"in mətbuat katibi Azad Mustafayev bu problemin çox az hallarda yaşandığını və bunun klubla heç bir əlaqəsi olmadığını bildirib.

"İsti su problemi qışda çox az hallarda olur. O da bizdən asılı deyil. Gəncə şəhərində qış fəslində profilaktik tədbirlərə görə qaz kəsilir. Buna görə də şəhərdə isti su problemi yaranır. Bu, bütün şəhərə şamil edilir. Oyunumuz həmin vaxta düşürsə, bu, bizim günahımız deyil".

Banner