"Kəpəz" xal itirdi çempion inamlı qələbə çaldı
I Divizionda 24-cü tura yekun vurulub.
Sportline.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma olub.
“Kəpəz” doğma meydanda MOİK-lə heç-heçə edib. “Qarabağ” və “Sabah”ın əvəzediciləri arasındakı görüşdə isə qapılara ümumiyyətlə qol vurulmayıb. Əvəzində çempionluğu daha öncə təmin edən “Qaradağ Lökbatan” “Qəbələ”nin əvəzedicilərinə 5 cavabsız qolla qalib gəlib.
I Divizion
XXIV tur
2 may
Kəpəz – MOİK 1:1
Qol: Emil Qasımov, 2 – İsa Zeynallı, 70-pen.
Hakimlər: Əli Əliyev, Elmin Süleymanov, Teymur Teymurov, Elvin Bayramov
Gəncə şəhər stadionu, 15:30
Qarabağ-2 – Sabah-2 0:0
Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Elman Kərimov, Rövşən Rəcəbov
Binə qəsəbə stadionu, 16:00
Qaradağ Lökbatan – Qəbələ-2 5:0
Qol: Ceyhun Muxtarlı, 25. Həbib İsmayılov, 40. Ürfan İsmayılov, 47. Elnur Səmədov, 53. Sabir Allahquliyev, 70.
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Vüqar Bayramov, Səbuhi Bayramov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00
Turun digər oyunları belə nəticələnmişdi:
Şamaxı-2 – Səbail-2 5:0
Neftçi-2 – Zirə-2 1:0
Sumqayıt-2 – Zaqatala 0:1