"Kəpəz"da ciddi itki

"Kəpəz" Azərbaycan Premyer Liqasının 29-cu turunda "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq.

Sportline.az xəbər verir ki, Gəncə komandasının kapitanı Yusif Nəbiyev bu oyunda iştirak edə bilməyəcək.

Səbəb isə müdafiəçinin kart cəzalısı olmasıdır. O, "Səbail"lə matçda sarı vərəqə alaraq cəzalı duruma düşmüşdü.

“Qarabağ” – “Kəpəz” görüşü aprelin 9-da “Azərsun Arena”da 18:30-da başlanacaq.

Banner