"Kəpəz"də Adil Şükürov dönəmi başa çatdı

"Kəpəz" klubu baş məşqçisi Adil Şükürovla yollarını ayırıb.

Sportline.az xəbər verir ki, bu barədə Report.az saytı məlumat yayıb.

O, öz qərarı ilə postunu tərk etdiyini açıqlayıb.

Qeyd edək ki, Premyer Liqada 4 turdan sonra xalsız olan "Kəpəz" sonuncu - 10-cu pillədə qərarlaşıb. Məşqçi 2023-cü ilin noyabrından bölgə təmsilçisində işləyib.