“Kəpəz”də ayrılıq

"Kəpəz" yarımmüdafiəçisi Tural Rzayevlə yollarını ayırıb.

Klubdan Sportline.az-a verilən məlumata görə, futbolçunun başa çatan müqavilə müddəti yenilənməyib.

Gəncə futbol məktəbinin yetirməsi olan Rzayev "sarı-göylər"də 2015/2016 mövsümündə debüt edib. O, qərb təmsilçisinin heyətində 6 mövsüm keçirib. Bu müddətdə 122 oyuna çıxıb və 1 qol vurub.