"Kəpəz"dən inamlı qələbə

Futbol üzrə Azərbaycan I Divizionunda IX turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, "Kəpəz" səfərdə "Səbail-2"nin qonağı olub. Qarşılaşma Gəncə təmsilçisinin 4:1 hesablı qələbəsiylə başa çatıb.

Xallarını 16-ya yüksəldən "Kəpəz" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 8 xal toplayan "Səbail-2" isə 10-cu yerdədir.

"Səbail-2" – "Kəpəz" 1:4
Qol: 
Xəyal Bədirov, 90 – Bəhruz Teymurov, 21; 37. Cavad Kərimov, 58; 90+8.