Keysuke Honda: "Suduva"nın da "Neftçi" kimi çempionluq şansı var"

Yaponiya millisinin sabiq futbolçusu Keysuke Honda Litvanın "Suduva" komandasına keçidinin səbəbini açıqlayıb.

Sportline.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bunun iki məsələ ilə bağlı olduğunu bildirib.

Təcrübəli oyunçunun sözlərinə görə, birinci səbəb "Suduva"dan gələn təklifin onun üçün yeni çağırış olmasıdır: "İkincisi isə klubun iddiasıdır. "Suduva"nın da keçmiş komandam olan "Neftçi" kimi çempion olmaq şansı var".

Qeyd edək ki, Keysuke Honda "Neftçi"nin heyətində meydana çıxdığı 7 oyunda 2 qol vurub.