Kikboks millimiz daha bir sınaq qarşısında
Kikboks millimiz Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş turnirə hazırlaşır.
Sportline.az xəbər verir ki, yarış Misirdə eyni ölkənin idmançılarına qarşı keçiriləcək. Misirə yollanacaq nümayəndə heyətinin tərkibində Milli Məclisin sədr müavini, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev, federasiyanın prezidenti Orxan Əliyev və 1-ci vitse prezdidenti Ramal Aslanov da olacaq.
Yarışa hazırlıq davam edir. 9 çəki dərəcəsində idmançılarımız intensiv məşq keçirlər. Bunadək Azərbaycanla yanaşı, Rusiya, Avstriya, Qırğızıstan, Cənubi Afrika Respublikası, Almaniya və digər ölkələrdə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş belə yarışlar keçirilib. Millimiz toplanışı baş məşqçi Elşən Abdulrəhimovun rəhbərliyi altında keçir.
Qeyd edək ki, turnir iyunun 11-də olacaq.