Klopp Salahla Ronaldonu müqayisə etdi

"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandanın futbolçusu Məhəmməd Salahı "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo ilə müqayisə etməsi ilə bağlı  jurnalistlərin sorğusuna cavab verib.

Sportline.az "Mirror"a istinadən xəbər verir ki, o deyib: "Niyə onları müqayisə edirsiniz? Onların hər ikisi dünya səviyyəli futbolçulardır. Salahın sol ayağı yəqin ki, daha yaxşıdır. Kriştiano havada və sağ ayaqla oyunda bir qədər güclüdür. Hər ikisi sürətlidir və qol vurmağa can atırlar”.

Qeyd edək ki, bu mövsüm İngiltərə Premyer Liqasında Ronaldo 5 oyuna 3 qol, Salah isə 8 matça 7 qol vurub.