Klubumuzun Çempionlar Liqası üçün heyəti

UEFA Çempionlar Liqasında iştirak edəcək "Araz" oyunçuların siyahısını qitənin ali futbol qurumuna göndərib.

Sportline.az xəbər verir ki, təmsilçimiz 13 futzalçı ilə mübarizə aparacaq.

Qapıçılar: 12. Rövşən Hüseynli, 1. Emin Kürdov, 19. Vladislav Reznov

Oyunçular: 15. Hadi Ahmadi, 17. İsa Atayev, 11. Xətai Bağırov, 5. Murilo Borges Souza, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 10. Nihad İsmayılov, 9. Hadi Rezvan, 3. Vahid Şəfiei, 13. Amir Şocaye

Baş məşqçi: Joze Alesio Da Silva

Qeyd edək ki, oyunlar oktyabrın 9-da, 10-da və 12-də Belçikada keçiriləcək. Təmsilçimiz müvafiq olaraq Belçikanın "Halle-Gooik", Portuqaliyanın "Benfika" və Ukraynanın "Xerson" klubu ilə qarşılaşacaq. Qrupda ilk 3 yeri tutan komanda elit-raunda vəsiqə qazanacaq.