Koke İtaliya nəhənginə keçir
"Atletiko Madrid"in yarımmüdafiəçisi Koke yayda komandasını dəyişə bilər.
Sportline.az xəbər verir ki, "Yuventus" ispaniyalı futbolçu ilə yaxından maraqlanır.
Bu haqda "Calciomercato" nəşri məlumat yayıb.
Qeyd edək ki, Koke cari mövsüm meydana çıxdığı 56 matçda 2 qol, 3 asistlə yadda qalıb.