Komandalarımızın rəqibləri müəyyənləşdi

Qadınlardan ibarət həndbol komandalarımız 2023/2024 mövsümündə EHF Avropa Kubokunda mübarizə aparacaqlar.

Sportline.az EHF-nin rəsmi saytına istinadən xəbər verir ki. yarışa 1/32 final mərhələsindən qatılacaq təmsilçilərimizin rəqibləri də artıq məlumdur.

İyulun 18-də Avstriyanın paytaxtı Vyanada atılan püşkün nəticələrinə görə, “Azəryol” Bosniya və Hersoqovinanın “ZRK Krivaja”, “Qarabağ” İspaniyanın “KH-7 BM Granollers”, “Kür” isə, İtaliyanın “Jomi Salerno” komandası ilə qarşılaşacaq.

İlk oyunlar 23-24 sentyabrda keçiriləcək. Mərhələnin cavab görüşləri isə 30 sentyabr-1 oktyabr tarixlərinə təyin olunub.