Komandamız beynəlxalq yarışda birinci olub
Azərbaycan tamblinq millisi Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq turnirdə birinci yeri tutub.
Sportline.az xəbər verir ki, Hüseyn Əsədullayev, Aleksey Karataşov, Uğur Cəfərli və Sənan Rzazadənin yer aldığı komanda bütün rəqiblərini üstələyib.
Gimnastlarımız fərdi yarışlarda da 2 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıblar.
Aleksey Karataşov və Sənan Rzazadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Xətai Hümbətovla Əliəkbər Hadi ikinci yeri tutub.
Hüseyn Əsədullayev isə bürünc medala yiyələnib.