Komandamız Dünya çempionatından 3 medalla qayıdır
Mərakeşin Kasablanka şəhərində keçirilən Sambo üzrə Dünya çempionatına yekun vurulub. SportLine.az xəbər verir ki, Azərbaycan komandası yarışı 3 medalla bitirib. Mükafatçılar sırasında yer alan idmançılarımızın 3-ü də fəxri kürsünün 2-ci pilləsinə qalxıb.
Ötən il Yaponiyada qızıl medal qazanan Amil Qasımov 74 kq-da bu dəfə gümüşlə kifayətlənib. Halbuki, o, növbəti dəfə dünya çemponu adını qazanmağa yaxın olub. Həlledici görüşdə rusiyalı Azamat Sidakovla qarşılaşan Amil Qasımov 4-1 hesabı ilə irəlidə olsa da sonda məğlubiyyətlə barışmalı olub. 4-9. Digər samboçularımız - Cavidan Qarayevlə Emil Həsənov da müvafiq olaraq 62 və 68 kq-dək çəki dərəcələrində 2-ci yerə layiq görülüb.