Komandamız Dünya Kubokunun yarımfinalında

Qadınlardan ibarət sablya komandamız Dünya Kubokunun yarımfinalına vəsiqə qazanıb.

Sportline.az xəbər verir ki, Bolqarıstanın Plovdiv şəhərində təşkil olunan Dünya Kubokunun mərhələ yarışında bu gün qadın sablyaçıların komanda görüşləri keçirilir. Startda Amerika Birləşmiş Ştatlarını təmsil edən seçmə kollektivi 45:39 hesabı ilə yenən Anna Başta, Sevil Bünyatova, Valeriya Bolşakova və Polina Kaspiaroviçdən ibarət komandamız yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə Macarıstan millisinə eyni hesabla (45:39) qalib gəlib.

Qılıncoynadanlarımızın yarımfinalda rəqibi Bolqarıstan yığması olacaq.