Komandası 7 qol vurdu, özü istefaya göndərildi

İslandiya millisinin baş məşqçisi Arnar Vidarsson istefaya göndərilib.

Sportline.az xəbər verir ki, bu barədə İslandiya Futbol Assosiasiyası məlumat yayıb. 

Maraqlıdır ki, bu, İslandiya yığmasının Avro-2024-ün seçmə mərhələsinin 2-ci turunda Lixtenşteyn üzərində 7:0-lıq səfər qələbəsindən sonra baş verib. İslandiya Avro-2024-ün seçmə mərhələsində Lixtenşteynə qalib gəldiyi matçdan əvvəl isə Bosniya və Herseqovina millisinə məğlub olub (0:3).

Qeyd edək ki, Arnar 2020-ci ildən bu komandanı çalışdırırdı.

Banner