Konfrans Liqası: "Qarabağ" "Bazel"lə heç-heçə etdi

Bu gün UEFA Konfrans Liqasında qrup mərhələsinə start verilib.

Sportline.az xəbər verir ki, H qrupunda mübarizə aparan "Qarabağ" ilk turda İsveçrənin "Bazel" komandasını qəbul edib. Matçda qol vurulmayıb. 20:45-də başlanan görüş Bakı Olimpiya Stadionunda keçirilib.

UEFA Konfrans Liqası

H qrupu

1-ci tur

20:45 "Qarabağ" (Azərbaycan) - "Bazel" (İsveçrə) 0:0

Bakı Olimpiya Stadionu