Konfrans Liqası: "Qarabağ"dan əzmkar geridönüş

Bu gün Konfrans Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilib

Sportline.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” Kiprdə “Omoniya”nın qonağı olub və 4:1 hesabı ilə qalib gəlib.

İlk turda Bakıda "Bazel”lə (İsveçrə)  qolsuz heç-heçə edən Ağdam klubu ilk səfərdən yaxşı nəticə ilə qayıdır.

H qrupunun digər oyununda “Bazel” “Kayrat”a (Qazaxıstan) 4:2 hesabı ilə qalib gəlib.

30 sentyabr

Konfrans Liqası

H qrupu

23:00. “Omoniya” (Kipr) – “Qarabağ” (Azərbaycan) 1:4

Qollar: Yan Leçyaks, 40 (1:0), Kadi Borges, 52 (1:1), Ramil Şeydayev, 73 (1:2), Maksim Medvedev, 79-penalti (1:3), Kadi Borges, 90+4 (1:4)
Baş hakim: Bobbi Madden (Şotlandiya)
Nikosiya. GSP stadionu

23:00 "Bazel" (İsveçrə) - "Kayrat" (Qazaxıstan) 4:2