Konfrans Liqasında həftənin futbolçusu adına namizədlər

Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb. 

Sportline.az xəbər verir ki, namizədlər arasında “Roma”dan (İtaliya) Lorenso Pelleqrini, “Kopenhagen”dən (Danimarka) Yonas Vinn, LASK-dan (Avstriya) Dario Mareşiç və “Makkabi”dən (İsrail, Təl-Əviv) Stipe Peritsa var.
 
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermədən sonra məlum olacaq.