Konor Makqreqor proqnoz verməyinə peşman oldu

Konor Makqreqor Ceyk Pol - Neyt Diaz dueli üçün proqnoz verib və Diazın qələbə qazanacağını bildirib.

Sportline.az xəbər verir ki, Ceyk Pol isə öz növbəsində Konoru bu sözlərinə görə peşman edib.

“Bilirsən nədi, Konor? Mənim səviyyəmdə boksla məşğul ola bilməzsən. Mən Neyt Diaza sənin edə bilmədiklərini edəcəyəm, onu cəhənnəmə göndərəcəyəm" – deyə Ceyk Pol Neyt Diazı qarşıdakı boks görüşünün favoriti adlandıran Konorun sözlərinə cavab verib .