Konor Makqreqorun dönüşü sual altındadır
UFC-nin prezidenti Dana Uayt Konor Makqreqorla bağlı sualları cavablandırıb.
Sportline.az xəbər verir ki, o, irlandiyalı döyüşçünün gələcək karyerası haqqında qəti fikir bildirməkdə çətinlik çəkib.
"Konorun sağlam olması barədə qəti informasiyam olmadığı təqdirdə heç nə söyləyə bilmərəm. Bu haqda heç danışmağa dəyməz. Makqreqorun bu dəqiqə döyüşə çıxacağına inanmıram. Bunu zaman göstərəcək", - deyə Uayt blogger Robbi Foksun kanalında bu sözləri səsləndirib.
Qeyd edək ki, yenidən oktaqona dönəcəyi gözlənilən Konor Makqreqor iyunun sonlarında keçiriləcək UFC 303 turnirindən son anda imtina edib.
Buna irlandiyalı idmançının səhhətindəki problemlər səbəb göstərilib.