Koutinyo "Barsa"da!
"Barselona" Filipe Koutinyonun keçidini həll edib.
SportLine.az "Marca"ya istinadən xəbər verir ki, "Liverpul"la aparılan danışıqlar, nəhayət, bəhrəsini verib. Kataloniya klubu "mersisaydlılar"ı 160 milyon avroya razı sala bilib.
F.Koutinyo 5,5 illik müqaviləyə qol çəkib. Onu heyətində görmək istəyən komanda "Barselona"ya 400 milyon avro təzminat məbləği ödəməlidir.