"Krılya Sovetov" Çili millisinin oyunçusunu transfer edib

"Krılya Sovetov" "Qodoy Kruz"da çıxış edən çilili müdafiəçi Tomas Qaldamesi rənglərinə bağlayıb.

Sportline.az xəbər verir ki, bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında 2027-ci ilə qədər razılıq əldə edilib.

Qaldames yetirməsi olduğu "Yunion Espanyol" klubunda 101 oyun keçirib və 4 qol, 3 məhsuldar ötürməyə imza atıb.2023-cü ildə futbolçu Argentinanın "Qodoy Kruz" klubuna keçib. Burada 50 oyuna çıxan Tomas aktivinə 2 qol və 5 asist yazdırıb.

Qeyd edək ki, 25 yaşlı futbolçu Çili millisi ilə debüt matçına Kopa Amerika 2024-də çıxıb.