Kriştianu Ronaldu karyerasını bitirəcəyi vaxtı açıqlayıb
"Əl-Nəssr"in hücumçusu Kriştianu Ronaldu hansı şərtlər altında karyerasını bitirəcəyini açıqlayıb.
Sportline.az xəbər verir ki, portuqaliyalı ulduz öz "YouTube" kanalında Rio Ferdinandla söhbət zamanı bu fikirləri səsləndirib.
"Meydanda heç nə edə bilməyəcəyimi hiss etdiyim gün... Çantalarımı yığıb təqaüdə çıxacağam",- deyə Ronaldu bildirib.
Kriştianu Ronaldunun "YouTube" kanalı bu platformada bir milyon abunəçiyə ən tez çatan kanal olub. ESPN-in məlumatına görə, Ronalduya dünya rekordunu vurmaq üçün 90 dəqiqə lazım olub.
Qeyd edək ki, ulduz futbolçu bu mövsüm Səudiyyə klubu ilə 4 oyunda 4 qol vurub, 2 asist edib.